Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:33

Ermənistanda orta məktəblər boşalır


Hər uşağa heç olmasa, 100 dollar lazımdır

Hər uşağa heç olmasa, 100 dollar lazımdır

Məktəblilərin valideynləri deyir ki, sentyabr ailə büdcəsinə ən çox zərbə vuran aydır:

- «Əlbəttə, YOXSUL ADAM ÜÇÜN HƏR ŞEY BÖYÜK XƏRCDİR: həm forma, həm köynək, həm ayaqqabı və sözsüz ki, dərs ləvazimatları».

- «Hər şey malları haradan almaqdan asılıdır. Valideyn var ki, uşağı üçün ən bahalı şeylər alır, amma eləsi də var ən ucuzunu axtarır. Orta hesabla hər uşağa 50-60 dollar xərcimiz çıxır».

- «Hər uşağa heç olmasa, 100 dollar lazımdır. Bu, çoxdur. Amma nə edəsən? Uşağı məktəbə hazırlıqsız göndərə bilmərəm ki...».

10 dəftər, bir-iki qələm və gündəlik üçün valideyn minimum 5000 dram (14 dollar) xərcləməlidir.

2 UŞAĞI MƏKTƏBƏ YOLLAMAQ BƏZİ VALİDEYNLƏRİN AYLIQ ƏMƏKHAQQINA BƏRABƏRDİR

Foto: Arxiv
Müqayisə üçün, Ermənistanda minimum istehlak səbəti 43 dollar təşkil edir.

Ermənistan təhsilinin başqa bir problemi ucqar kəndlərdə məktəblilərin sayının azalmasıdır. Məsələn, 700 nəfərin yaşadığı Lçap kəndində bu il 1-ci sinfə vur-tut 13 nəfər gedir. Məktəbin direktoru Karlen Ovanisyan bu barədə danışır:

«Son 5 ildə MƏKTƏBLİLƏRİN SAYI DEMƏK OLAR Kİ, 50 FAİZ AZALIB. 300 nəfərlik məktəbdə bu il 168 nəfər təhsil alacaq. Keçən il bizim məktəbi sonuncu paralel siniflər başa vurdu. Artıq paralel siniflərimiz yoxdur».

Ayravan orta məktəbinin direktoru isə deyir ki, «birinci»lərin sayı bu il 12 nəfərdir.

«246 məktəblidən bizdə cəmisi 134-ü qalıb», - deyən direktorun fikrincə, bunların səbəbi urbanizasiya və miqrasiyadır.
XS
SM
MD
LG