Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:06

Dünyada uşaq ölümü azalıb


UNİCEF və Ümümünya Səhiyyə Təşkilatı dünyada uşaq ölümüylə bağlı illik hesabatını yayıb.

BMT saytında gedən məlumata görə, son illər ilk dəfə olaraq uşaq ölümün səviyyəsi xeyli aşağı düşüb.

Sənəddə söhbət əsasən təzə doğulan və beş yaşına kimi olan uşaqlardan gedir.

1990-cı ildə dünyada 12 milyon uşaq ölümü qeydə alınırdısa , indi bu göstərici 7.7 milyona düşüb.

UNİCEF və Ümümünya Səhiyyət Təşkilatının məlumatına görə, uşaq ölümünün azalması ilk növbədə səhiyyə xidmətləri və immunizasiyanın daha geniş yayılması ilə bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG