Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:51

Azərbaycanda daha 3 qəzet qara siyahıya salınıb


Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, iclasda 6 nəşrin məsələsinə baxılıb və müvafiq rəylər çıxarılıb.

Nəticədə «Qanun: izah və şərhlər» , «Xural» və «Azərbaycan gündəmi»
qəzetlərinin MŞ-nın «qara siyahı»sına salınması barədə qərar qəbul edilib.

İclasda həmçinin «Yeni hakimiyyət» və «Müstəqil respublika» qəzetləri ilə bağlı araşdırmaların davam etdirilməsi qərara alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG