Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:54
Azərbaycanın kitab bazarının 40 faizi saxta, pirat kitablardan ibarətdir.

Bu fikir sentyabrın 16-da “Təhsil” nəşriyyatında keçirilən “Pirat kitablarla mübarizə” adlı dəyirmi masada səsləndirildi.

Tədbirin təşkilatçısı olan Yayım Assosiasiyasının direktoru Yaşar Zeynalovun sözlərinə görə, pirat kitabların ən çox yayıldığı yerlər metronun “28 May” stansiyasının ərazisi və “Sədərək” ticarət yarmarkasıdır.

Çıxışlardan bəlli oldu ki, qeyri-qanuni yolla ən çox çap olunub satışa çıxarılan kitablar - dərsliklər (iş dəftərləri və dərs vəsaitləri) və kriminal movzulu ədəbiyyat (ən çox da Çingiz Abdullayevin əsərləri) nümunələridir.

Çıxışlarda qeyd olundu ki, ölkədə pirat kitablara qarşı mübarizə aparılmır, pirat kitablar buraxan mətbəələrin əksəriyyəti gizli fəaliyyət göstərir. Onlar əvvəllər ancaq ağ-qara kitabları icazəsiz çap edirdilər, indi isə rəngli kitabları da oğurluq yolla çap edib bazara buraxırlar. Bəzən isə saxta kitablar Türkiyə və Çində çap edilib Azərbaycana gətirilir.

“Təhsil” nəşriyyatının direktoru Bəhruz Axundovun sözlərinə görə, mütəxəssislər çap zamanı istifadə edilən maddələrin tərkibi baxımından piratçılıq yoluyla buraxılan kitabların böyük əksəriyyətinin insan sağlamlığına ziyan olması qənaətindədir.

Dəyirmi masada deyildi ki, belə kitablarla mübarizə üçün qanunvericilik bazası da zəifdir. Saxta kitab buraxmış bir şəxsə qarşı iş açılır, buna əmək, vaxt sərf olunur, nəticədə həmin şəxsi 40 manat cərimə edirlər.

“Kitab Klubu”nun əməkdaşı R.Məmmədli isə bildirdi ki, kitabların əksəriyyəti “Nəşriyyat Haqqında” qanuna uyğun deyil, bunun özü isə piratçılığa birbaşa yol açır.

Dəyirmi masa iştirakçılarının qənaətinə görə, piratçılığın miqyası getdikcə böyüyür. Bu da, onların fikrincə, getdikcə iri mətbəə və oliqarxların bu işə həvəs göstərməsindən xəbər verir (bunu “Ərgünəş” nəşriyyatının direktoru Oqtay Əliyev dedi).

Dəyirmi masa iştirakçıları bu qənaətə gəldilər ki, saxta nəşrlərlə mübarizənin effekt verməsi üçün mütləq mətbəələrin lisenziyalaşdırlması və qanunların konkretləşdirilib sərtləşdirilməsi lazımdır.

Sonda hüquq-mühafizə orqanlarına birgə müraciət qəbul olundu!

Günün bütün mövzuları

XS
SM
MD
LG