Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:03

Suriyada daha 12 nümayişçi öldürülüb


Cümə günü Suriyada daha 12 nümayişçi öldürülüb.

Bu barədə yerli hüquq müdafiəçiləri xəbər verirlər.

Cümə namazından sonra Homs və Hama şəhərləri, habelə paytaxt Dəməşqin ətraf qəsəbələrində toqquşmalar baş verib.

Ölənlərdən birinin 12 yaşlı uşaq olduğu bildirilir.

Həmçinin ötən həftədən Türkiyə sərhəddinin yaxınlığında yerləşən Cabal al Zaviya regionunda nümayişçilərə qarşı hərbi əməliyyat keçirilir.
XS
SM
MD
LG