Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:47

Kosovo ilə Serbiya arasındakı sərhəd məntəqələri nəzarətə götürülüb


Serbiya ilə Kosovo arasındakı 2 sərhəd məntəqəsində Avropa Birliyindən olan sərhədçi və gömrükçülər yerləşdirilib.

Kosovo hakimiyyətilə əldə olunmuş razılaşmaya görə,indən belə bu məntəqələrdə sərhəd və gömrük məsələlərinə Avropa Birliyi qüvvələri baxacaq.

Kosovo hakimiyyəti isə texniki məsələlərin həlliylə məşğul olacaq.

Kosovo hakimiyyətinin iyulda bu məntəqələri nəzarətə götürmək istəməsi bölgədə yaşayan yerli serblərlə toqquşmaya səbəb oldu, 1 Kosovo polisinin ölümüylə nəticələndi.

Yerli serblər isə cümə axşamı yenidən sərhəd məntəqələrini blokadaya almışdılar.

BMT-nin təhlükəsizlik şurasıyla ATƏT hər iki tərəfi zorakılıqdan qaçmağa çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG