Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:53

Cənubi Qafqaz: 20 ilin uğurları və sınaqları



“Cənubi Qafqazda müstəqilliyin 20 illiyi: nailiyyətlər və sınaqlar”.

Sentyabrın 15-də Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (SBAM) keçirilmiş konfransın mövzusu belə olub.

SBAM belə müzakirənin niyə məhz indi keçirilməsinin səbəbləri arasında Rusiyanın, İranın regiona nüfuzu, İraqdan və Əfqanıstandan çıxan ABŞ-ın Cənubi Qafqaz siyasətinin əhəmiyyətinin artmasını göstərir.

Konfransın təşkilatçıları tədbirə marağın nə qədər böyük olmasına misal olaraq iştirakçıların sayını göstərirlər - 150 nəfər.

CƏNUBİ QAFQAZ ABŞ-IN TƏHLÜKƏSİZLİYİ ÜÇÜN NİYƏ VACİBDİR?

Konfransda Amerikanın Müdafiə Nazirliyinin Rusiya, Ukrayna və Avrasiya Məsələləri üzrə direktoru Jennifer Walsh Cənubi Qafqazın ABŞ-ın təhlükəsizliyi üçün niyə vacib olmasının 5 səbəbini göstərib:

1. Cənubi Qafqazın coğrafi mövqeyi. İranla sərhədd olması. İrandan yayıla bilən , o cümlədən nüvə materialları həm də Cənubi Qafqazdan keçə bilər.

2. Cənubi Qafqaz ABŞ-ın Əfqanıstandakı qoşunlara təchizatının şimal yoludur.

3. Cənubi Qafqaz Avropanın enerji təchizatında mühüm rol oynayır. Bu region həm enerji mənbəyidir, həm də Orta Asiyadan enerji dəhlizidir.

4. Cənubi Qafqaz regionunda sabitlik və münaqişələrin həlli ABŞ-ın təhlükəsizlik marağında olan məsələdir.

5. ABŞ Cənubi Qafqaza daha geniş mənada Avropanın bir hissəsi kimi baxır və region dövlətlərinin Avropa institutlarına qoşulmasında maraqlıdır.

REGİONDA TƏHLÜKƏSİZLİK VAKUUMU?

Konfransda region ölkələrini təmsil edənlərdən Qara Dəniz- Xəzər Dənizi Araşdırmaları Mərkəzinin direktoru Mamuka Sereteli deyib ki, Cənubi Qafqaz dövlətləri müstəqildirlər və bu prosesi geri döndərmək olmaz. Bu, 20 ilin ən böyük nailiyyətidir.

Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət təhlilçisi Rəşad Kərimov öz çıxışında Azərbaycanın inkişafına maneələri - Dağlıq Qarabağ problemini, Azərbaycan torpaqlarının Cənubi Qafqazın digər ölkəsi - Ermənistan tərəfindən işğalını göstərib.


Şuşa




Tufts Universitetinin professoru Ruben Şuqaryan isə deyib ki, regiona “Cənubi Qafqaz” deyilməsi son illər yaranıb və bu, mühüm geosiyasi məna daşıyır.
Şuqaryanın fikrincə, Qafqazın belə bölünməsi vurğulanana qədər “Qafqaz” və ya “Transqafqaz” ifadələri əsasən Rusiya kontekstində baş düşülürdü.

O daha sonra deyib ki, region iqtisadi inkişafdadır, təhlükəsizlik məsələsində isə vakuum, boşluq var.

ABŞ RUSİYA İLƏ CƏNUBİ QAFQAZ ARASINDA

Amerikanın Dövlət Departamentinin Qafqaz Məsələləri və Regional Münaqişələr İdarəsinin direktoru Justin Fridman isə bildirib ki, bu son 20 ildə ABŞ siyasətinin regionla bağlı ən böyük dilemması və sınağı Cənubi Qafqaz siyasəti ilə Rusiya siyasəti arasında balans yaratmaq olub.

Ancaq Fridman xüsusi vurğulayıb ki, bu balans kompromiss demək deyil - Rusiya ilə məhz elə davranmaq ki, Cənubi Qafqaz dövlətlərinin suverenlıiyinə xələl gəlməsin və onlar inkişaf etsinlər.

Fridman deyir ki, belə tarazlığın tapılması ABŞ-ın Rusiya ilə siyasətində son 20 ildə böyük problem idi.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG