Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:49

Muammar Qaddafinin doğma şəhərində döyüşlər gedir


Liviyanın yeni hakimiyyətinin qüvvələri ölkənin keçmiş lideri Muammar Qaddafinin doğma şəhərinə Sirtəyə hücum ediblər.

Üsyançıların hərbi rəhbərliyi bildirib ki, onlar həm də paytaxt Tripolidən 180 km aralıda yerləşən Bani Validə doğru müxtəlif istiqamətlərdən hərəkət edirlər.

Tripolinin 450 km-də yerləşən Sirtədə gecədən başlayan döyüşlər zamanı 12 üsyançının öldürüldüyü bildirilir.

7 aylıq döyüşlərdən sonra üsyançılar olkənin əsas hissəsinə nəzarət edirlər. Qaddafinin harda olunduğu bilinmir.

Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyıb Ərdoğanın da Liviayaya gələcəyi gözlənir. Bundan əvvəl o, Misirə və Tunisə səfər etmişdi.

Ərdoğandan öncə isə Böyük Britaniyanın baş naziri David Cameron və Fransanın prezidenti Nicolas Sarkazy Liviya paytaxtı Tripoliyə və Benqaziyə gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG