Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:46

2 aprel aksiyaçılarının məhkəməsində qalmaqal


2 aprel aksiyaçılarından Arif Hacılı, Tural Abbaslı, Məhəmməd MəcidliFuad Qəhrəmanlının sentyabrın 16-da Səbail rayon Məhkəməsində keçirilən məhkəməsində qalmaqal düşüb.

Nəsimi rayon Polis İdarəsinin əməkdaşı Məcid Yusifli dindirilərkən onun dedikləri əvvəlcə Tural Abbaslının, sonra isə salonda əyləşənlərin etirazına səbəb olub.

Məcid Yusifli aksiya zamanı xəsarət aldığını deyib. Onu vuran şəxsin konkret kim olduğunu bilməsə də, deyib ki, Arif Hacılı, Məhəmməd Məcidli, Fuad Qəhrəmanlı və Tural Abbaslıdan şikayətçidir. Dediklərini belə əsaslandırıb ki, onlar aksiya təşkil etməsəydilər, o da xəsarət almazdı. Zərərçəkmiş məhkəmənin suallarını cavablandırarkən onun verdiyi cavablar Tural Abbaslının etirazına səbəb olub. Nəticədə Məcid Yusifli ilə Tural Abbaslı bir-birlərini qarşılıqlı təhqir ediblər. Onlara məhkəmə salonunda əyləşənlər də qoşulub. Onlar zərərçəkmişi, zərərçəkmiş də onları təhqir edib.

Salondakıları sakitləşdirə bilməyən hakim isə fasilə elan etməli olub.

Bu səs-küyə qədər isə başqa polis əməkdaşlarının da ifadəsi dinlənilib. Onlar aksiyada xəsarət aldıqlarını, ancaq bu xəsarətlərin konkret kim tərəfindən yetirildiyini bilmədiklərini deyiblər.
XS
SM
MD
LG