Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:50

Doğulacaq körpənin cinsi barədə məlumat vermək qadağan oluna bilər


İnsanları qadağa ilə yox, maarifləndirmə ilə abortdan çəkindirmək olar. Bunu çərşənbə günü Trend-ə millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova bildirib.

Avropa Şurasının Parlament Assambleyasının oktyabrın 5-7-də keçiriləcək payız sessiyasında tibb müəssisələri tərəfindən gələcək valideynlərə doğulacaq körpənin cinsi barədə məlumat verilməsini qadağan edən qətnamənin qəbul olunması gözlənilir. MDB və Balkan ölkələrində abort hallarının çoxalmasını nəzərə alaraq hazırlanan qətnamə layihəsinin Avropa Şurasına üzv olan bütün ölkələrə aid edilməsi planlaşdırılır.

Axundovanın sözlərinə görə, istənilən Azərbaycan vətəndaşı AŞ üzvü olmayan İrana, yaxud Türkmənistana gedərək gələcəkdə doğulacaq uşağın cinsini öyrənə bilər.

"AŞPA-da belə bir qərar qəbul edilsə, bir sıra abort halları azalacaq, amma qeyri-leqal ultra səs müayinələrinin (USM), digər ölkələrə bu məqsədlə gedənlərin sayı artacaq", - millət vəkili deyib.

O, həmçinin belə qərarın qəbul edilməsinin insan hüquqlarının qorunması sahəsində də müəmmalı addım olduğunu vurğulayıb. "Vətəndaşlar gələcək ailə həyatını planlaşdırmaq niyyəti ilə USM aparatlarında müayinəyə gedirlər", - Axundova qeyd edib.

Millət vəkili hesab edir ki, bu məsələnin həllinə geniş maarifləndirmə işləri ilə nail olmaq olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG