Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:39

David Cameron: “NATO liviyalıların müdafiəsinə davam edəcək”


Liviyanın yeni hakimiyyətinin qüvvələri ölkənin keçmiş lideri Muammar Qaddafinin doğma şəhərinə ilk hücum edib.

Məlumatlara görə, yüzlərlə üsyançının olduğu tanklar Sirte şəhərinə daxil olub. Onları isə burda snayperlər və Muammar Qaddafiyə sadiq qoşun qarşılayıb.

Böyük Britaniyanın baş naziri David Cameron və Fransanın prezidenti Nicolas Sarkazy Liviya paytaxtı Tripoliyə və Benqaziyə səfər edib.

David Cameron Tripolidə keçirdiyi mətbuat konfransında Qaddafini və onun tərəfdarlarını silahı yerə qoymağa çağırıb və bildirib ki, NATO liviyalıları müdafiə etmək missiyasına davam edəcək:

- Bu, edilmir, bu qurtarmır. Hələ də Qaddafinin nəzarət etdiyi ərazilər var, o hələ də döyüşür. Biz yalnız bu iş bitəndə əmin olmalıyıq.

Qaddafi rejiminin sözçüsü Moussa İbrahim Suriya televiziyasına onların səfərini "Liviyada imperializmin başlanması" kimi şərh edib. O, harada olduğunu və Qaddafinin harada gizləndiyini açıqlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG