Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:37
Naxçıvan Muxtar Respublikasını İran vasitəsilə Azərbaycanın digər ərazilərinə birləşdirmək üçün Biləsuvar-Bazərqan magistral yolu çəkiləcək.

Bunu İranın Nəqliyyat və Şəhərsalma naziri Əli Nikzad deyib.

«Yolun tikintisinə sərmayənin 50 faizini Nəqliyyat və Şəhərsalma Nazirliyi, 50 faizini isə özəl sektor yatıracaq», - Nikzad deyib.

Azərbaycanla sərhəddə yerləşən Parsabad şəhərində jurnalistlərə açıqlama verən nazir bildirib ki, yaxınlarda Ərdəbildən Parsabada dəmiryolu çəkiləcək.

«Bu yol Azərbaycan, Rusiya və Çin dəmir yollarına birləşdiriləcək», - o, əlavə edib.

Yolun çəkilişinə qoyulan sərmayənin həcmi açıqlanmayıb.

İran Prezidenti Mahmud Əhmədinejad və Nazirlər Kabinetinin üzvləri sentyabrın 14-də İranın Azərbaycanla sərhəddə yerləşən Ərdəbil ostanına səfər ediblər. /Trend/

Günün bütün mövzuları

XS
SM
MD
LG