Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:10
Qalmaqallı Britaniya yazıçısı Salman Rüşdi avtobioqrafik əsəri üzərində işi başa çatdırmaqdadır.

"Oxu zalı" Britaniyanın "Daily mail" qəzetinə istinadla xəbər verir ki, yaxın aylarda tamamlanacaq əsər yazıçının ölüm fitvası altında necə yaşadığı haqqındadır.

İslam peyğəmbərini təhqir etdiyi səbəb göstərilərək 22 il əvvəl İranın ali dini lideri tərəfindən ölümünə fitva verilən 64 yaşlı yazıçı bildirib ki, xeyli vaxtdır üzərində işlədiyi əsər əsasında film çəkilməsini çox istərdi.

"Əgər əsər əsasında film çəkilərsə, obrazımı mənə çox oxşayan birisinin canlandırmasını istərdim.

Buna görə də mən Johnny Depp-i buna inandırmağa çalışıram"
- deyə yazıçı bildirib.

Hollivudun ən məşhur ulduzlarından olan Johnny Depp daha çox 2003-cü ildən bəri çəkilən "Karib dənizinin quldurları" film seriyasındakı roluna görə tanınır.

Həmçinin oxu
Salman Rüşdi: “İnqilablar göstərdi ki, müsəlmanların da istəyi eynidir"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG