Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:24

Aİ İranda azərbaycanlı qadın fəalın işğıncələrə məruz qalmasını araşdırmağa çağırır


Amnesty İnternational insan haqları təşkilatı İran hakimiyyətini azərbaycanlı qadın haqları fəalı Faranak Fəridin həbsdə işgəncələrə məruz qalması məlumatlarını araşdırmağa çağırıb.

Amnesty İnternationalın bəyanatında deyilir ki, 50 yaşlı jurnalist və insan haqları fəalı Faranak Fərid sentyabrın 3-də Təbrizdə Urmiyə gölünün qurumasına etirazlarda tutulub.

O, “Ali Lideri təhqir etməkdə”, “sistem
əleyhinə təbliğatda” ittiham olunur.

Həbsxanada F.Fəridi vəhşicəsinə döyüblər. Onun bir qulağı eşitmir, bir ayağı yerimir.

Amnesty İnternationalın regional direktoru Philip Luter deyir ki, “o, dərhal müalicə olunmalıdır. F. Fərid yazdıqlarına, siyasi fəaliyyətinə görə həbs olunubsa, o, vicdan məhbusudur və dərhal azad olunmalıdır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG