Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:16

Küçədə namaza birdəfəlik son


Fransa daxili işlər naziri Claude Gueant müsəlmanların namazına şəxsən nəzarət edəcək
Fransa daxili işlər naziri Claude Gueant müsəlmanların namazına şəxsən nəzarət edəcək

Nazir Claude Gueant: "İctimai yerdə ibadət edənlərə qarşı güc tətbiq oluna bilər"

Bu gündən etibarən Fransada küçədə ibadət qadağan edilir. Bu haqda Fransanın "Le Figaro" qəzetində daxili işlər naziri Claude Gueantın müsahibəsi dərc olunub.

"Küçədə ibadət yolverilməz haldır" deyən nazir bildirib ki, yeni qadağaya riayət olunmasına şəxsən özü nəzarət edəcək:

"Mən vəzifəyə gələndən bəyan etmişəm ki, belə hallara son qoymaq lazımdır. Bu cür praktika bir çox vətəndaşların hissiyyatına toxunur, onlar ictimai yerlərin ibadətə ayrılmasından şoka düşürlər".

Claude Gueant bildirib ki, artıq bu barədə Parisin iri müsəlman icmaları ilə razılıq əldə olunub. İki məhəllədə yerləşən məscidlərə gələn müsəlmanlar üçün 2 min kv.metrlik məkan ayrılıb. Bu yer icmalara illik 30 min avro müqabilində icarəyə verilib.

"Bundan sonra həmin məhəllərdəki məscidlər Cümə günləri xidmət göstərməyəcək. Müsəlmanların da küçədə namaz qılmasına ehtiyac qalmayacaq. Bunun üçün keçmiş kazarma binası ayrılıb. Bu praktikaya birdəfəlik son qoyulacaq".

Daxili işlər naziri küçəyə ibadətə çıxan insanlara qarşı güc tətbiq ediləcəyini də vurğulayıb. Amma onu da deyib ki, işlərin bu həddə gəlib çatacağına inanmır.

Hazırda Fransada müsəlmanlar üçün 2000 məscid və ibadət evi var. Yerli qanunlara əsasən, nə hökumət, nə də yerli hakimiyyət orqanları yeni məscid və ya kilsənin tikintisinə vəsait ayıra bilməz.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG