Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:04

Milyarder Proxorov deyir ki, Rusiyada siyasəti özəlləşdirmiş kuklaoynadan var


Rusiyalı milyarder Mixail Proxorov bu gün “Doğru İş” partiyasını tərk etdiyini elan edib.
Bu il bir az əvvəl Proxorov bu partiyanın lideri olmuşdu.
Ancaq Proxorovun bəyanatından qabaq onun rəqibləri səs verərək onu partiyal liderliyindən çıxartdılar.

Bu gün partiyanın rəqib fraksiyaları ayrılıqda iclaslar keçiriblər.

Proxorov partiyada baş verənləri Kremldən işə qarşımaqla izah edib
"Bizim ölkədə illərdir ki, kukla oynadan var. O, siyasi sistemi özəlləşdirib, ölkə rəhbərliyinə səhv məlumat verir. Bu adamın adı Surkovdur".

Surkov prezident aparatının rəhbərinin müavinidir.

Rusiyada dekabr ayında parlament seçkiləridir. İndiyədək düşünülürdü ki, 18 milyard dolları olan Proxorov Kremlin dəstəyi ilə partiya yaradıb, zahiri müxalifətçilik nümayiş etdirir.
XS
SM
MD
LG