Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:56

XİN bəyanat yayıb


Azərbaycan Xarici İşlər Nazirliyi işğal olunmuş ərazilərdə bu il sentyabrın 18-də “yerli özünü idarəetmə orqanlarına” “seçkilər” keçirilməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bir daha bəyan edir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim Ermənistan Respublikası tərəfindən bölgənin azərbaycanlı icmasına qarşı etnik təmizləmə siyasəti nəticəsində yaradılmış qanunsuz strukturdur. Qondarma “seçkilər” Ermənistanın işğalçı siyasətini ört-basdır etmək və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalının nəticələrini möhkəmləndirmək məqsədilə təşkil edilir.”

Bəyanatda o da deyilir ki, Azərbaycan Ermənistanı heç bir perspektiv vəd etməyən qanunsuz destruktiv addımlarını dayandırmağa və danışıqlar prosesində xoş niyyət və konstruktiv mövqe nümayiş etdirməyə çağırır.
XS
SM
MD
LG