Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:50
Sentyabrın sonuna qədər Azərbaycan və Türkiyə arasında qaz sazişinin imzalanması reallaşacaq.

Bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.

«Hazırda bir neçə texniki məsələ var ki, onların müzakirəsi davam etdirilir və sentyabrın sonuna qədər işlərin yekunlaşdırılaraq sazişin imzalanması planlaşdırılır».

YÜKSƏK SƏVİYYƏLİ ƏMƏKDAŞLIQ ŞURASININ İLK İCLASI NOYABRIN 15-DƏK TÜRKİYƏDƏ KEÇİRİLƏCƏK

Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclasının isə noyabrın 15-dək Türkiyədə keçirilməsi planlaşdırılır.

Hulusi Kılıç deyib ki, hazırda iclasda müzakirə olunacaq məsələlər müzakirə edilir.

Tədbirə Azərbaycandan prezident İlham Əliyevin rəhbərliyi altında nümayəndə heyəti qatılacaq. /apa/

«Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə»ni prezidentlər İlham ƏliyevAbdullah Gül 2010-cu il avqustun 16-da İstanbulda imzalayıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG