Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:55

Çində dörd uyğur separatisti edam olunacaq


Çində dörd uyğur separatisti haqda edam hökmü çıxarılıb. Onlar Sincan-Uyğur muxtar vilayətində bu yay qarşıdurma yaratmaqda ittiham olunurlar. Məhkəmə onları terror və yanğın törətməkdə, insan öldürməkdə günahlandırıb.

Almaniyada olan Uyğurların Ümumdünya Konqresi isə elan edib ki, ittiham olunanlar işgəncələrə məruz qalıblar və vəkillə təmin olunmaq hüquqları məhdudlaşdırılıb.

Bu ilin iyul ayında Kaşqar və Hotan şəhərlərində müsəlman uyğurlarla etnik çinlilər arasında qarşıdurma yaranmışdı, nəticədə 32 adam ölmüşdü.
XS
SM
MD
LG