Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:35
Feyziyyə Hacıyeva


Qazax yazıçısı Roza Akbulatova prezident Nursultan Nazarbayev və onun ailəsi haqqında 6 nağıl yazıb.

"Менiн президентым", "Акпатша", "Елбасы Нурсултан", "Азиада-2011", "Саммит" kimi adlar verilmiş nağıllar prezidentin uşaqlığından başlayaraq prezidentlik dövrünə qədər uzun bir dövrü əhatə edir.

“Mən uşaqlara başa salıram ki, sammit (ATƏT-in sammiti) nədir və o necə keçirilir” – deyə yazıçı bildirib.

"Елбасы Нурсултан" nağılında prezidentin əsgərlik illərindən də danışılır.

Daha bir nağıl “Dariquşanın qızıl almaları adlanır” (Dariqa – prezidentin qızının adıdır).

“Kitablar maraqla qarşılanıb. Düşünürəm ki, onlar “Harry Potter”i də keçəcəklər. Çünki onlar qorxu və dəhşət haqqındadır, mən isə xeyirxahlıq haqda yazıram”- deyə Akbulatova bildirib.

Yazıçı deyib ki, hər bir nağıl ayrıca kitab halında çap edilib və rəngli illüstrasiyalarla bəzədilib.

Nağıllardan beşi artıq ingilis dilinə də çevrilib.

Yazıçı onu da deyib ki, nəşr olunan kitabları artıq Prezident Fondu da öz kitabxanasına daxil edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG