Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:18

ABŞ Liviyadakı səfirliyinin fəaliyyətini bərpa edəcək


ABŞ ilk imkan yaranan kimi Liviyadakı səfirliyinin fəaliyyətini bərpa etmək fikrindədir.

Bunu ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Jeffrey Feltman
Tripolidə yeni Liviya rəhbərliyiylə görüşdə deyib.

Feltman çərşənbə günü Tripolidə Liviyadakı müvəqqəti milli şuranın rəhbəri Mustafa Abdel Jalillə görüşüb.

O ABŞ hökumətinin NATO-nun bu ölkədə keçirdiyi əməliyyatları dəstəkləməkdə davam edəcəyini bildirib.

Ysyançılar Qaddafi qüvvələrinin nəzarətində olan Bani-Valid şəhərini mühasirədə saxlayırlar.

Həmçinin Qaddafinin doğma şəhəri Sirt və Sabha şəhərləri hələ ki, Qaddafi qüvvələrinin nəzarətindədir.

Qaddafinin yeri bəlli deyil.

Tərəfdarları onun ölkədə olduğunu deyirlər.
XS
SM
MD
LG