Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:45

Azərbaycanda ilk rok radiosu açılıb


Rok konserti. Arxiv foto
Rok konserti. Arxiv foto
Azərbaycanda ilk rok musiqi radiosu yaradılıb. RockOut FM-in yaradıcılarından Ziya Zamanlı Orxan Abdulla “14-24”-də iki həftəlik fəaliyyətlərindən danışıblar.

Orxan Abdulla:

“Azərbaycanda rok yaxşı, güclü inkişaf etməyib, rok qrupları arasında əlaqələr zəifdir, dinləyicilərlə rok qrupları, həvəskar musiqiçilərlə peşəkarlar arasında əlaqələr zəifdir. Rok radiosunun yaranması, rok qrupların ora cəlb olunması, məncə, dinləyicilər və həvəskar musiqiçilər üçün böyük bir şans oldu”.

RockOut FM-in hələ ki, 3 verilişi yayıma başlayıb. “Xəzərin sahilində” proqramında yerli rok musiqiçiləri efirə çıxır, Azərbaycanda rok mədəniyyəti müzakirəyə çıxarılır. Digərləri isə “Axşam qatarı” və “10-line”dır.

RUSDİLLİ VƏ AZƏRBAYCANDİLLİ ROK HƏVƏSKARI ARASINDA FƏRQ...

Gənclərin fikrincə, yeni yaradılan radio Azərbaycan rok mədəniyyətinə öz töhfəsini verməklə yanaşı, rusdilli və Azərbaycandilli rok həvəskarları arasındakı “ünsiyyətsizliyi” də aradan qaldıracaq:

“Forumlarda da bunu görmüşəm, sonuncu dəfə “RockOut FM”-in açılış konsertində də gördüm ki, rusdilli gənclər oradakı auditoriyanın Azərbaycan dilində danışdığını görürsə, bunu bəyənmir, qəbul edə bilmirlər. İnanıram ki, bu, aradan qalxacaq”.

Gənclər bu radio üçün könüllü çalışırlar, radio yayımın bütün maddi və texniki xərclərini də özləri qarşılayırlar.

Gənclərin söhbətinin davamını buradan dinləyin...

XS
SM
MD
LG