Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:55

Iqtisadi və Sosial İnkişaf Mərkəzi

Bu günlərdə Fransanın Total şirkəti Azərbaycanın Abşeron yatağında əhəmiyyətli qaz yatağının kəşf olunduğunu elan etdi.

Azərbaycan prezidenti İlham Əliyev bu kəşfi fantastik xəbər adlandırdı.

Totalın ehtimalına görə, Abşeron X-2 yatağında ən azı 250 milyard kub metr qaz var. Abşeron X-2 yatağı 6550 m dərinlikdə yerləşir, sahəsi 27 kv km-dir.

Abşeron yatağı üzrə müqavilədə 40 faiz pay Totala, 20 faiz Gas de France Sueze, 40 faiz isə ARDNŞ-ə məxsusdur.

Rəylərə görə, yataqda iri miqdarda qazın tapılması Azərbaycanın gəlirlərini artırsa da bir sıra geopolitik öhdəliklərə gətirib çıxaracaq.

ORDA QAZ OLDUĞUNU ÇOXDAN BİLİRDİLƏR

Iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, Abşeron blokunda iri qaz yatağının tapılması heç də təsadüfi deyil.

Bu yatağda sovet dövründə kəşfiyyat işləri aparılmışdı. Lakin mavi qaz yatağın dərinliyində yerləşdiyindən sovet texnologiyası qazın tapılması və hasil edilməsini həyata keçirə bilmədi. Bununla belə həmin dövrdə də Abşeron blokunda iri qaz yatağının olması müəyyən edilmişdi.

2000-ci ilin əvvəllərində Abşeron blokunda iri qaz yatağının tapılması istiqamətində yeni kəşfiyyat işləri aparıldı.

Həmin vaxt güman edilirdi ki,”Abşeron” blokundakı yatağda mavi qazın həcmi 400 milyard kub metrdir.

Hazırda Dövlət Neft Şirkəti yatağda qaz ehtiyatlarının 350 milyard kub metr olduğunu açıqlasa da, İqtisadi və Sosial İnkişaf Mərkəzinin əldə etdiyi məlumatlarda bu rəqəm 500 milyard kubmetrdən artıqdır”.



Azerbaijan -- gas export to Turkey



V.Bayramovun sözlərinə görə, “Abşeron” blokunda iri qaz yatağının tapılması qaz satışından ölkənin əldə edəcəyi gəlirlərin artması baxımından əhəmiyyətlidir: “Abşeron” blokundakı iri qaz yatağı, eləcə də 2016-cı ildən istifadəyə verilməsi planlaşdırılan “Şahdəniz” yatağının 2-ci fazası göstərilən dövrdən sonra Azərbaycanın hasil və ixrac etdiyi qazın həcmində kəskin artımların olacağını deməyə əsas verir.

2010-cu ilin nəticələrinə görə, Azərbaycanın mavi qaz hasilatı 28 milyard kubmetr təşkil edir. 2016-cı ilə qədər qaz hasilatında müəyyən artımlar gözlənilsə də, əsaslı artımlar bu dövrdən sonra başlayacaq.

Ekspert 2016-cı ildən sonra ölkənini mavi qaz ixracatının il ərzində 40 milyard kubmetrə qədər yüksələcəyini deyir: “Bu da Azərbaycanı regionun ən iri qaz ixracatçılarından birinə çevirə bilər.

GEOSİYASİ ÇƏTİNLİKLƏR

Abşeron blokunda mavi qaz yatağının tapılması Azərbaycan üçün bir sıra geopolitik çətinliklər yaradacaq. Belə ki, Azərbaycan indiyə qədər Transxəzər, xüsusilə Nabucco ilə bağlı mövqeyini birmənalı şəkildə bildirməyib.Baxmayaraq, Transxəzər layihələrinin icrası istiqamətində tender elan edilib.

Sentyabr ayının sonuna qədər Azərbaycan qazını almaqda maraqlı olan tərəflərə tender təkliflərini Tender Komissiyasına təqdim etmələri göstərilib, hələlik tenderin şərtlərinin nədən ibarət olması barədə məlumat yoxdur.

Digər tərəfdən, Türkiyənin enerji naziri artıq öz təkliflərini təqdim etdiklərini və yeni təkliflər təqdim etmək niyyətində olmadıqlarını bəyan edib.

Bu onu göstərir ki, Qərb Azərbaycan qazının nəqli ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil. Əgər əvvəllər Azərbaycan Transxəzər layihələri ilə bağlı mövqeyini birmənalı müəyyənləşdirə bilmirdisə Abşeron yatağında qazın tapılmasından sonra bu tərəddüd aradan qalxıb.

Azərbaycan Transxəzər layihələri və Nabuccoya yox deməkdə çətinlik çəkə bilər. Belə halda Qərbin Azərbaycana təzyiqlərinin artması ehtimalı böyükdür. Cünki Abşeron blokunda iri qaz yatağının tapılmasından sonra Qərb dairələri Azərbaycanın Avropanını enerji siyasətində əhəmiyyətli rola malik olacağını vurğulayırlar.

Rusiyanın da bu istiqamətdə təzyiqlərini istisna etməyən iqtisadçı bildirir ki, Rusiya birmənalı şəkildə öz ərazisindən keçməyən “Transxəzər” layihələrinə qarşıdır.
“ Ancaq bütün hallarda yeni qaz yatağının aşkar olunması Azərbaycana öz mavi qazını müxtəlif bazarlara nəql etməyə, eləcə də daha baha qiymətə satmağa imkan verəcək”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG