Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:17

İki görkəmli Fransa bankının reytinqi aşağı düşüb


Beynəlxalq reytinq agentliyi Moody’s Yunanstandakı maliyyə krizisi ilə əlaqədar iki görkəmli Fransız bankının reytinqini bir punkt aşağı salıb.

Söhbət Credit Agricole və Societe Generale banklarından gedir. Bu bankların aktivlərinin yarısını Yunanstanın dövlət istiqraz vərəqələri təşkil edir. Son bir neçə gündə bu bankların səhmləri gözə çarpacaq dərəcədə ucuzlaşıb.

Moody’s-in bu açıqlaması səhər bazarında yevronun da ucuzlaşmasına səbəb olub.
XS
SM
MD
LG