Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:06

Talibana qarşı hərbi əməliyyat başa çatıb


Kabulda taliban əleyhinə dünən axşamdan başlayan hərbi əməliyyat başa çatdırılıb. Hərbi əməliyyatlara talibanın bir neçə rəsmi qurumun binasına, o cümlədən NATO qərargahına və ABŞ səfirliyinə basqınından sonra başlanmışdı. Hərbi əməliyyatda beynəlxalq və əfqan qüvvələri iştirak edib.

France-Presse agentliyinin xarici hərbi mənbələrə istinadən yaydığı xəbərə görə, ölənlərin sayı 11-ə çatıb. 20-ə yaxın adam isə yaralanıb, onların 6-ı NATO-nun hərbi qulluqçularıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG