Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:38

Çində balta ilə 4 nəfər öldürülüb


Çində bu gün 30 yaşlı kişi balta ilə 4 nəfəri öldürüb, ölənlərdən biri azyaşlı qız uşağıdır. Biri uşaq olmaqla daha iki nəfər isə ciddi xəsarət alıb. Bu barədə «Sinxua» agentliyi məlumat yayıb.

Hadisə Henan əyalətində Qonqiy şəhərində baş verib. Hadisəni törədən həbs olunub. Yerli hakimiyyətin məlumatına görə, həmin şəxs ruhi xəstədir.

Son vaxtlar Çində bir neçə belə hadisələr baş verib. Avqust ayında Çinin şərqində uşaq bağçasının işçisi bıçaqla səkkiz uşağı yaralamışdı.
XS
SM
MD
LG