Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:02

«Vaşinqton qorxmur»


ABŞ-ın baş katibi Hillary Clinton elan edib ki, talibanın Kabuldakı son həmlələri Vaşinqtonu qorxutmur və Birləşmiş Ştatlar əfqan xalqına bundan sonra da dəstək olacaq.

Son məlumata görə, talibanın hücumu nəticəsində 9 nəfər ölüb, 20-dən çoxu yaralanıb. Döyüşçülər polis binasına, Əfqanıstanın hökumət binasına, NATO-nun qərargahına və ABŞ səfirliyinə hücum ediblər. ABŞ səfirliyinin əməkdaşları arasında xəsarət alan olmayıb.

NATO-nun baş katibi Anders Fogh Rasmussen bəyan edib ki, basqının əsas məqsədi Əfqanıstana dəstək verilməsinə mane olmaqdır.

Əfqanıstan prezidenti Hamid Karzai hücumu pisləyib və bildirib ki, bu cür hərəkətlər əfqan xalqının ölkədə vəziyyətlə bağlı məsuliyyət daşımaq səylərini daha da gücləndirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG