Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:13

Liviyanın yeni rəhbərliyi müasir İslam dövləti quracaq


Liviyanın Müvəqqəti Şuarsının sədri Mustafa Abdel əmin edir ki, ölkənin yeni rəhbərliyi "müasir İslam"a əsaslanan dövlət quracaq.
Mustafa Abdel Jail Tripolisdə 10 min adamın qarşısında çıxışı zamanı bunu bildirib:

- Biz müsəlman ölkəsiyik. Biz müasir İslam dövləti quracağıq və siz də bizimlə olacaqsız və bizə dəstək verəcəksiz. Siz sağdan-soldan inqilabımıza hücum etmək istəyənlərə qarşı bizim silahımıssız.

Bu, Jailinin üsyançıların Tripoliyə daxil olmasından sonra ilk nitqidir. O bildirib ki, Liviyanın yeni rəhbərliyi hər hansı ekstremist ideologiyanı qəbul etməyəcək.
XS
SM
MD
LG