Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:27

Amnesty International Liviyada hər iki tərəfi hərbi cinayətdə suçlandırır


Hüquq müdafiə təşkilatı olan Amnesty International Liviyadakı münaqişənin hər iki tərəfini hərbi cinayətdə günahlandırıb. Xəbərdarlıq edib ki, yaxın vaxtlarda ölkədə stabillik bərpa olunmasa, yeni hücumlar və repressiyalar ola bilər.

Təşkilatın yeni hesabatında deyilir ki, Muammar Qaddafinin etirazçılara, həsb olunmuş məhbuslara qarşı zorakı davranışı insanlıq əleyhinə cinayətdir.

Londonda yerləşən təşkilat Liviya üsyançılarını da tənqid edib ki, "təhlükəsizlik" adı altında qətllər törədib.

Amnesty International BMT-nin Təhlükəszilik Şurasını hər iki tərəfdə bu yöndə sui-istifadələri araşdırmağa çağırıb və tələb edib ki, ölkədə ilk növbədə insan hüquqlarının aliliyinə diqqət yetirsin.
XS
SM
MD
LG