Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:17

Azərbaycan ordusunun əsgəri çayda batıb


APA-nın məlumatına görə, Müdafiə nazirliyinin Tərtərdə yerləşən “N” saylı hərbi hissəsinin əsgəri Tərtər çayında boğularaq ölüb.

Əsgər Cəlilabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 1992-ci il təvəllüdlü Firdovsi Fərəcovdur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, artıq əsgərin meyiti çaydan çıxarılıb.
XS
SM
MD
LG