Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:53

ABŞ səfirliyində 11 sentyabr qurbanları anılıb


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Matthew Bryza

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Matthew Bryza

«Beynəlxalq icma olaraq biz göstərdik ki, terrorçular və onları idarə edən ideoloji ekstremistlər bizim vətəndaşların güc və dözümü ilə müqayisə edilə bilməz»

Bunu sentyabrın 12-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Matthew Bryza Nyu York və Vaşinqtonda törədilmiş 11 sentyabr 2001-ci il terror hücumlarının onuncu ildönümünün rəsmi anım mərasimində deyib.

Anım mərasimində Xarici İşlər Nazirinin müavini Hafiz Paşayevin rəhbərlik etdiyi Azərbaycan dövlət rəsmiləri, müxtəlif ölkələrin diplomatik nümayəndələri iştirak ediblər.

Səfir Bryza 11 sentyabr hadisəsindən sonra meydana çıxan həmrəyliyi yüksək dəyərləndirib. Səfir deyib ki, 11 sentyabrda Ağ Evdə işləyərkən hücumlardan 24 saat keçməmiş Azərbaycan prezidenti Heydər Əliyevin Birləşmiş Ştatlara qeyri-hərbi hava qüvvələri üçün ölkə üzərində məhdudiyyətsiz uçuş icazəsi təklif etməsi xəbəri verildi:

«Həmrəyliyin bu ani ifadəsi həmin gün prezident də daxil olmaqla, Ağ Evdə olanlarımızın hər biri üçün böyük məna kəsb edirdi. Azərbaycanın sayəsində bildik ki, biz tək deyilik.
Ən böyük ehtiyac anında bizə əllərini uzadan dostlarımızla həmrəy olacağıq».

Günün bütün mövzuları

XS
SM
MD
LG