Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:18
“Azərbaycan hökuməti həyasızcasına mənim Qarabağ faciəsi haqda kitabımı satışdan yığışdırıb”.

Bunu AzadlıqRadiosuna açıqlamasında Amerikada mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyev (Rəsul Bayram) bildirib.

Açıq Cəmiyyət Partiyasının sədri olan Rəsul Quliyevin bu günlərdə çapdan çıxan kitabı “Qarabağ: müqavimətsizlikdən doğan faciə” adlanır.

Rəsul Quliyevin bildirdyinə görə, “Yeni Musavat” qəzetində hissə hissə çap olunarkən böyük maraq doğurmuş kitab nəşr olunub satışa çıxarılan kimi ''naməlum'' şəxslərin tələbi ilə mağazalardan yığışdırılıb:

“Mahiyyətinin totalitar rejim olduğunu qəbul etməyən avtoritarlar 50 ildir ki, senzuralarına don geydirmək üçün iqtisadi cinayətkarlıq adı ilə rejimi tənqid edənlərə və onlara loyal olanlara qarşı represiyalar təşkil edirlər.Bu, Azərbaycanda rejimin ən geniş tətbiq etdiyi represiya vasitəsidir.

Azərbaycanın 250 illik tarixini əks etdirən kitabın 1-ci hissəsi 1975-ci il hadisələri ilə tamamlanır.

Hökümət ikinci hissədə Qarabağla əlaqədar aparılan siyasətin bu günə qədərki dövrə qədər analiz ediləcəyindən narahatdır”.

Bir neçə ay qabaq Rəsul Quliyevin “Axına qarşı” kitabı da Bakıda nəşr edilmiş, amma satışa müdaxilə edilməmişdi.

KİTABDAN BİR PARÇANI OXU

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG