Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:13

Avropa Birliyi Trans-Xəzər kəməriylə bağlı qərar verdi


Senytabrın 12-də Brüsseldə keçirilən toplantıda Avropa Birliyi Azərbaycan və Türkmənistanla Trans-Xəzər qaz kəməri tikintisi ilə bağlı danışıqlara başlamaq qərarı verib.

Birliyin Enerji Komissarı Gunther Oettinger deyib ki, “Avropanın sözü indi birdiri” və “Trans-Xəzər kəməri Avropaya yeni qaz ehtiyatları çatdırmaq üçün nəzərdə tutulan Cənub Dəhlizində əsas layihədir”.

Avropa Birliyi Xəzər qazını Türkiyə-Gürcüstan sərhədindən Avropaya daşıyamalı olan Nabukko kəmərini də dəstəkləyir. Nabukkonun illik keçiriciliyi 35 milyard kubmetr nəzərdə tutulur. Amma Trans-Xəzər kəməri olmasa Türkmənistan qazının Nabukkoya necə vurulması qaranlıq qalırdı. Türkmənistan qaz ehtiyatlarına görə dünyanın 4-cü ölkəsidir.
XS
SM
MD
LG