Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:25

Futbol üzrə Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 15 pillə irəliləyib


Futbol üzrə Azərbaycan millisi dünya komandalarının reytinq cədvəlində 15 pillə birdən yüksəlib.

Müvafiq cədvəli FIFA sentyabrın 21-də rəsmi olaraq açıqlayacaq.

Cədvəldə birinci yerdə əvvəlki kimi İspaniya komandası qərarlaşıb. Azərbaycan yığması isə 97-ci sıradadır.

Dünya sıralamasında sonuncu - 203-cü yeri San-Marino millisi tutur.

2012-ci ilin Avropa çempionatına seçmə oyunlar çərçivəsində Belçika və Qazaxıstanla keçirdiyi son iki oyununda Azərbaycan millisi 4 xal toplayaraq qrupdakı xal ehtiyatını 7-yə çatdırıb. /apa/
XS
SM
MD
LG