Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:21

İran hökuməti seksə aid DVD-ni satışa çıxarıb


Diskdə insan əvəzinə çiçəklərin yaxınlaşması nümayiş etdirilir

Diskdə insan əvəzinə çiçəklərin yaxınlaşması nümayiş etdirilir

Tehran Universitetinin professoru Muhammed Məcid: "Sadəcə kişi hərəkət edib qadın uzanmamalıdır"


Cinsi mövzuların qadağan olunduğu İranda düzgün seksi təbliğ edən DVD satışa çıxarılıb. Sağlıq və Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanan bu vəsait "Aşine-yi Mahbub" (Sevgili həyat yoldaşı) adlanır.

İranın seksə aid ilk təhsil vəsaiti iki il ərzində hazırlanıb. Tehran apteklərində satışa çıxarılan bu disklər əhali tərəfindən çox sürətlə alınır. İntim əlaqəyə həsr edilən diskdə insanlar yerinə iki çiçəyin yaxınlaşması nümayiş etdirilir.

Filmdə Tehran Universitetinin professoru Dr. Muhammed Məcidin müsahibəsi də səsləndirilir. Professor deyir ki, “sekslə əlaqədar bilgilər müxtəlif kitablarda, həmçinin dinimizdə, hədislərdə yer alıb".

DVD vasitəsilə həm kişilər, həm də qadınlara səslənən Professor Məcid qeyd edir ki, əsəb və stress cinsi aktivliyi aşağı salır. Diskdə cinsi əlaqənin daha yaxşı alınması üçün məsləhətlər də verilir:

"Sadəcə kişi hərəkət edib qadın uzanmamalıdır. Birlikdə hərəkət etmək lazımdır. Qadınlar, əgər orqazm keçirmək istəyirsinizsə, siz də hərəkət etməlisiniz".

Filmin sonunda digər həkim Said Mumtazi isə cinsi problemlərlə üzləşməmək üçün kişiləri siqaret, qəlyan, alkoqol və digər bu kimi vasitələrdən yan durmağa çağırır.

Yayılan məlumatlara görə, İranda son zamanlar hədsiz artan boşanmaların əsas səbəbi cinsi problemlər olduğundan, hökumət belə DVD hazırlamağa razılıq verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG