Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:01

MDİ-nun Bakı ofisi açılıb?


Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisi açılıb. Sentyabrın 12-də təşkilat iş rejimini bərpa edib.

MDİ ölkə üzrə direktoru Aleks Qriqoryevs (Alex Grigorievs) AzadlıqRadiosuna ofisdə olduğunu desə də, əlavə şərh verməkdən imtina edib.

ABŞ-ın Bakıdakı səfirliyindən də şərh vermək istəməyiblər.

Bir müddət öncə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə direktoru Maykl Qrin (Michael Greene) AzadlıqRadiosuna demişdi ki, iyulun sonlarında MDİ qeydiyyat üçün sənədləri yekun olaraq Ədliyyə Nazirliyinə təqdim edib.

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza (Matthew Bryza) da AzadlıqRadiosuna müsahibəsində deyib ki, MDİ bütün sənədləri hazırlayıb və təqdim edib:

«Biz də bu istiqamətdə işləyirik. Hökumətdə bir çoxları başa düşürlər ki, MDİ-in əsas missiyası onların bir sıra əsas missiyaları ilə üst-üstə düşür... Bütün bu səbəblərdən ümid etməyə çox ciddi əsaslarım var ki, yaxın vaxtlarda MDİ yenidən Azərbaycanda normal fəaliyyətə başlayacaq».

Bu ilin martında Nazirlər Kabineti xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin dövlət qeydiyyatına dair yeni qaydalar açıqlayıb. Həmin müddətdə Azərbaycanda əsasən seçki monitorinqi və gənclərlə iş aparan MDİ-nin ofisinin bağlaması barədə xəbər yayılıb.

Qeydiyyatla bağlı prosesin nə yerdə olması barədə Ədliyyə Nazirliyindən məlumat almaq cəhdlərimiz hələlik baş tutmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG