Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:47

2 aprelçilərin məhkəməsi təxirə salındı


İctimai Palatanın 2 aprel aksiyasında saxlanan 4 nəfərin - Arif Hacılı, Tural Abbaslı, Məhəmməd MəcidliFuad Qəhrəmanlının məhkəməsi sentyabrın 14-ə qədər təxirə salınıb.

Hakim bunu Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının vəkillərinin məhkəməyə gəlməməsi ilə əsaslandırıb.

Tural Abbaslı vəkillərdən imtina etdiyini və vəkillərin iştirakı olmadan prosesin davam etməsini istəyib.

Hakim isə bunu mümkün saymayıb və prosesi sentyabrın 14-ə qədər təxirə salıb.

Proses bitən kimi məhkəmənin qarşısında dayananlar «Tural Abbaslıya azadlıq!» şüarı səsləndiriblər. Daha sonra əllərində Tural Abbaslının şəkli ilə «Azadlıq!», «İstefa!» şüarları səsləndirərək məhkəmənin yerləşdiyi küçə boyunca hərəkət ediblər.

Aksiya polis müdaxiləsi olmadan başa çatıb.

Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar.

İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası gözləyir.
XS
SM
MD
LG