Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:07

Naxçıvanda hüquq müdafiəçisinə qarşı məhkəmə


Həkimeldostu Mehdiyev
Sentyabrın 12-də Şərur rayon Məhkəməsində hüquq müdafiəçisi Həkimeldostu Mehdiyevin işi üzrə növbəti proses keçirilib. Hüquq müdafiəçisi sayğacdan kənar elektrik enerjisi istifadə etməkdə və bununla da dövlətə 1050 manat 18 qəpik ziyan vurmada ittiham olunur.

Vəkil Əshabəli Mustafayev məhkəmədə iştirak edən jurnalist və hüquq müdafiəçilərinin əl çantalarından tutmuş mobil telefonlara qədər bütün əşyalarının əllərində alınmasına etiraz edib.

Daha sonra vəkil məhkəməyə Həkimeldostu Mehdiyevin elektrik enerjisi oğurlamasını inkar edən fotolar təqdim edib. Bundan başqa, vəkil məhkəməyə əlavə şahidlərin dəvət olunması və müdafiə hüququnun pozulması barədə daha iki vəsatət verib. Əshabəli Mustafayev deyib ki, istintaq bitəndən sonra Həkimeldostu Mehdiyevə sənədlərin surətinin çıxarılmasına icazə verilməyib. Bununla da onun müdafiə hüququ pozulub. Vəkil məhkəmədən bu məsələnin araşdırılmasını istəyib.

Hakim Hüseyn Zülfüqarov fotolara dair vəsatəti təmin etsə də, digər vəsatətləri rədd edib. Bildirib ki, iş üzrə 18 nəfər şahid dindirilib və ehtiyac yaranarsa, əlavə şahidlər də dindirilə bilər.

Qaldı ki, istintaq sənədlərinin surətinin çıxarılmamasına, hakim bunda müdafiə tərəfinin özünü təqsirli sayıb.

Sentyabrın 12-də keçirilən prosesdə 18 şahiddən biri - enerji satış şöbəsinin mühəndisi İslam İsmayılov ifadə verib. O deyib ki, reyd zaman Həkimeldostu Mehdiyevə məxsus maşınyuma məntəqəsindən onun evinə qanunsuz çəkilmiş elektrik xətləri aşkar ediblər. Şahid bildirib ki, Həkimeldostu Mehdiyev 14 ay oğurluq elektrik enerjisindən istifadə edib.

Proses davam edir

Günün bütün mövzuları

XS
SM
MD
LG