Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:21

ABŞ suriyalı hüquq müdafiəçisinin qətlini kəskin pisləyib


ABŞ suriyalı hüquq müdafiəçisi Ghiyath Matarın təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsini kəskin pisləyib. Bununla bağlı Dövlət Departamenti xüsusi bəyanat verib.

Human Rights Watch hüquq müdafiə təşkilatının məlumatına görə, suriyalı hüquq müdafiəçisi Matar Bashar Assad rejiminə qarşı keçirilən etiraz aksiyasında iştirak edib. Sentyabrın 6-da həbs olunub. O işgəncələrlə öldürülüb və şənbə günü cəsədi ailəsinə verilib.

Dövlət Departamentinin bəyanatında Bashar Assad bir daha istefa verməyə, ölkədə axıdılan qana son qoyulmasına çağırılır.

BMT-nin məlumatlarına görə, mart ayından Suriyada Assad rejiminə qarşı keçirilən etiraz aksiyalarında 2200-dən artıq adam öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG