Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:42

Göyçayda xəstəsiz xəstəxanalar, suvaqçı həkimlər...


Göyçay rayon Uşaq Xəstəxanası
Göyçaya çatanda leysan yağış yağırdı. Uşaq xəstəxanasının ilk baxışdan diqqət çəkən acınacaqlı vəziyyəti məndə ora baş çəkmək ehtiyacı yaratdı. Xəstəxananın birinci mərtəbəsinin suvağı tökülmüş tavanından yağış suyu hey axırdı. Heydər Əliyevin foto və sitatları asılmış dəhlizin tavanından da bir neçə yerdən yağış damırdı. Bir az da dəhlizlə irəliləyəndə gördüm ki, xəstəxananın ən işıqlı, ən səliqəli guşəsi elə həmin daman yerlərdir.

HEÇ KİMİN GÖRMƏDİKLƏRİNİ GÖRƏN BAŞ HƏKİM...

Binanın çölündə Göyçay rayon Uşaq Xəstəxanası yazılsa da, yalnız 3-cü mərtəbədəki otaqların birində bir uşağa rast gəldik. İki tibb bacısı stolun üstündə uzanan uşağa sistem köçürürdü. Dəhlizdə duran yaxınlarının dediyinə görə, uşaq nədənsə zəhərlənib. Bundan sonra bütün mərtəbələrdəki palataları bir-bir gəzdik. Otaqlarda üstünə nimdaş ədyal örtülmüş çarpayılardan başqa heç bir şey yox idi. Şüşələri sınmış qapı, pəncərələr, suvağı tökülmüş divarlar, döşəmələri dəlmə-deşik olan palatalar. Bu, bizim gördüklərimiz idi. Baş həkim Şaban Osmanov isə əksinə-bütün palataların dolu, şəraitin də yaxşı olduğunu söyləyir. Uşaq cərrahı olduğunu bildirən baş həkimin dediklərinə görə, bu, rayonda yeganə uşaq xəstəxanasıdır və 30 min uşağa xidmət edir.

Dəhlizin tavanından yağış damırdı
Gördüklərimizi əvvəlcə inkar etməsinə baxmayaraq, baş həkim sonra bəzi etiraflar etdi. Xəstəxananın vəziyyətinin yaxşı olmadığını təsdiqlədi. Baş həkim dedi ki, yaxın vaxtlarda xəstəxana yenidən qurulacaq.

Amma Göyçayda xəstəxana və həkimlərlə bağlı görüb eşitdiklərimiz təkcə bu olmadı.

«HAMIDAN ALIRLAR...»

«Hamıdan alırlar, pul yığılır, amma təmir yoxdur. Bu dəqiqə yağış yağır, otaqlarımız suyun içindədir».

Göyçay rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi Azər Həsənovla Göyçay rayonundakı Heydər Əliyev parkında söhbətləşdik. Onun şikayəti dolanışığın çətinliyi, rayondakı işsizlik və bir də işlədiyi mərkəzin acınacaqlı vəziyyətdə olması ilə bağlı oldu.

Dediyinə görə, ayda 128 manat maaşa möhtac olmaları bir yana, işlədikləri mərkəzin təmirinə də həkimlərdən pul yığırlar:

«HƏKİMLƏR ÖZ KABİNETLƏRİNİ ÖZLƏRİ TƏMİR ETDİRİRLƏR»

«Səhiyyə Nazirliyindən abadlıq işlərinə verilən pullar hamısı mənimsənilir. Demək olar ki, həkimlər öz kabinetlərini özləri təmir
Bu, rayonda yeganə uşaq xəstəxanasıdır və 30 min uşağa xidmət edir
etdirirlər».

Azər Həsənov deyir ki, o və həkim yoldaşları otaqlarını 5-6 il əvvəl təmir etsələr də, yağışlı havada orada otura bilmirlər.

Göyçay Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Mahir Abdurəhmanov mərkəzin dam örtüyü yaxşı olmadığı üçün yağmurlu havada bəzi yerlərdən içəri su damdığını təsdiqləyir. Deyir Səhiyyə Nazirliyinin 71 saylı qərarı var və noyabr ayına qədər mərkəzin dam örtüyü dəyişdiriləcək. Qaldı ki, otaqların təmirinə, həkimlərdən pul yığılması ilə bağlı deyilənlərə, Mahir Abdurəhmanov bunu inkar edir. Sadəcə...

«ONU İNDİ BAŞQASI GƏLİB ELƏMƏLİ DEYİL Kİ?»

«Olur, bəzən hərə öz kabinetinə özü bir balaca «emulsiya» çəkir. Onu indi başqası gəlib eləməli deyil ki? Həkimlərdən necə pul almaq olar ki, onlar cəmi 94-100 manat maaş alır».

BAYRAQ MEYDANIN TİKİNTİSİNƏ GÖRƏ XƏSTƏXANALARA HAQQ QOYULUB?

Göyçay rayon Mərkəzi Xəstəxanası
Yerli sakinlərdən bəziləri deyir ki, Göyçayda Bayraq Meydanının tikintisi ilə əlaqədar bütün səhiyyə müəssisələrinə haqq qoyulub.

Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalov isə «haqq qoyulması» barədə deyilənləri birinci dəfə bizdən eşitdiyini dedi.

Qaldı 30 min uşağa xidmət etməli olan uşaq xəstəxanasının vəziyyətinə, Famil Zeynalov bildirdi ki, həmin xəstəxana «Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na salınıb və 2012-ci ildə yenidən qurulacaq.

Xəstəxanalarda həkimlərdən təmir-abadlıq işləri üçün pul yığılması, palata və kabinetlərdə təmir işlərini həkimlərin aparmasını da o, təkzib etdi.

Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi Azər Həsənov isə deyir ki, bizə etdiyi şikayətlərlə bağlı 2008-ci ildən bu yana müraciət etmədiyi yer qalmayıb. Prezident Administrasiyasından tutmuş rayon icra hakimiyyətinə qədər. Ancaq hələ də cavab gözləyir.

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA NÖVBƏTİ GÜNLƏRDƏ OXUYA BİLƏRSİNİZ:

Cənub rayonları nədən orta məktəblərdə buraxılış imtahanlarında sonuncu yerləri tuturlar?

Naxçıvanda fermerlərə kreditlər hansı şərtlərlə verilir?

Lənkəran: Heydər Əliyev prospektində qəzalı binanın didərgin sakinləri...
XS
SM
MD
LG