Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:09

Qəddafinin oğlu Nigerə qaçıb


Saadi
Saadi
Müəmmər Qəddafinin (Muammar Gaddafi) oğlanlarından biri, 38 yaşlı Saadi Nigerə qaçıb.

Nigerin Ədliyyə naziri Maru Amadu (Marou Amadou) bildirib ki, Niger ordusu içində Saadinin olduğu maşın karvanını ələ keçirib:

«Sentyabrın 11-də biz içərisində 9 liviyalının olduğu maşın karvanının sərhədi keçdiyini qeydə almışıq. Onların arasında Saadi Qəddafi də var. Onlar təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb».

Müəmmər Qəddafinin 7 oğlundan üçüncüsü olan Saadi ötən ay bəyan etmişdi ki, onun təslim olması Liviyada qan tökülməsinə son qoyacaqsa, o, təslim olmağa hazırdır.

Saadi 2003-cü ildə İtaliyanın birinci divizionunda çıxış edən «Peruca» futbol klubunda oynayıb. Ancaq futbol karyerası uzun çəkməyib. Dopinq qəbul etməsi təsdiqlənəndən sonra 8 ay müddətinə futboldan uzaqlaşdırılıb. 2004-cü ildə futbol karyerasını başa vuraraq Liviya ordusunda xidmətə başlayıb.

Niger hakimiyyəti Qəddafinin azı 3 yüksək rütbəli generalının, o cümlədən Hərbi Hava Qüvvələrinin rəhbəri Əl Rifi Şərifin (Al-Rifi Ali Al-Sharif) Nigerə gəldiyini təsdiqləyib.

QAÇANLAR QIZIL VƏ PUL APARIRLAR

Mahmud Cibril
Liviya Milli Keçid Şurası bildirib ki, Qəddafi rejiminin qaçan rəsmiləri Liviya Mərkəzi Bankından külli miqdarda qızıl və pul aparırlar.

Şura rəhbərinin müavini Mahmud Cibril (Mahmoud Jibril) ölkədə 10 gün ərzində yeni keçid hökumətinin formalaşdırılacağını bildirib:

«Yeni hökumətdə ölkənin bütün şəhərləri, cənubdakı bütün ərazilər, hətta mühasirədə olan şəhərlərin nümayəndələri təmsil olunacaqlar».

Bu arada Liviya üsyançıları Qəddafi tərəfdarlarının nəzarətində olan Bani-Valid şəhəri ətrafındakı bəzi məntəqələrə daxil olduqlarını deyirlər.

Üsyançılar 48 saat ərzində Bani-Validi tutacaqlarını bildiriblər.

Bani-Valid və Sabha şəhərləri Liviyanın cənubundakı səhralıq ərazilərə aparan yolun açarıdır. Buradakı ərazilərə Liviyanın ən böyük Varfalla tayfası nəzarət edir.

ƏRƏB ÜSYANLARI HAQDA BÜTÜN YAZILARI BURADA OXU

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG