Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:44

Məşhur amerikalı aktyor Cliff Robertson vəfat edib


Birləşmiş Ştatlarda məşhur aktyor, Oskar mükafatçısı Cliff Robertson 88 yaşında vəfat edib.

Aktyor şənbə günü, 88 yaşı tamam olduqdan bir gün sonra Nyu-Yorkdakı tibbi mərkəzlərdən birində vəfat edib.

Cliff Robertson 60-a yaxın filmə çəkilib.

Oskar mükafatını “Çarli” filmində ən yaxşı kişi roluna görə 1968-ci ildə alıb.

Robertson 2000-ci illərdə də filmə çəkilirdi.
XS
SM
MD
LG