Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:43

Fransalı nazir Suriya məsələsinin çəkişməyə döndüyünü deyir


Fransanın xarici işlər naziri Allen Juppe BMT-nin təhlükəsizlik şurasının Suriya hakimiyyətini ittiham edən qətnamə qəbul edə bilməməsini “qalmaqal” adalandırıb.

O belə bir bəyanatla bazar günü Avstraliyaya səfəri zamanı çıxış edib.

Nazir qeyd edib ki, Fransa və onun müttəfiqləri hesab edirlər ki, artıq Suriya prezidenti Bashar Assad legitimliyini itirib, siyasi islahatlar cəhdləri isə çox gecikib.

ABŞ,Böyük Britaniya və Fransa təhlükəsizlik şurasında Suriyaya qarşı sanksiya tətbiq edilməsinə çalışsalar da Rusiya ilə Çin buna qarşı çıxır.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 2000-dən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG