Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:07

Moktada al Sadr ABŞ hərbçilərinə hücumları dayandırmağa çağırıb


İraq şiələrinin dini lideri Muktəda əs Sədr
( Moktada al Sadr) ABŞ ordusunun ilin sonunadək ölkədən çıxmasını təmin etmək üçün tərəfdarlarını ABŞ əsgərlərinə hücumları dayandırmağa çağırıb.

Eyni zamanda yarımhərbi “Mehdi ordusu”nun rəhbəri olan as Sədrin fərmanı şənbə günü onun şəxsi saytında yerləşdirilib.

Bəyanatda deyilir ki, gələn ilin əvvəllərinədək ölkəni tərk etməyən hərbi hissələrə hücumlar ediləcək.

İraq rəhbərliyi yerli qüvvələrə təlim keçmək üçün amerikalı hərbi mütəxəssislərin ölkədə qalmasıyla bağlı təklifi müzakirə edir.

Moktada əs Sədrin tərəfdarları 2004-cü ildə Nəcəf şəhərində beynəlxalq qüvvələrə qarşı qiyam qaldırdıqdan sonra o məşhurlaşdı.

İki illik təhsildən sonra isə ötən il Ayatolla titulu alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG