Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:11

Korrupsiyaya qarşı mübarizə idarəsi 133 cinayət işi açıb


Arxiv foto
Arxiv foto
2011-ci ilin yanvar-sentyabr ayları ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi korrupsiya hüquqpozmaları ilə bağlı 133 cinayət işi başlayıb, 147 şəxs barəsində 88 cinayət işi məhkəmələrə göndərilib.

Bu barədə məlumat Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, bu cinayətlər əsasən rüşvət alma, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, talama, dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma və sair faktlarla əlaqədar olub.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin istintaq şöbəsi tərəfindən müxtəlif sahələr üzrə korrupsiya hüquqpozmaları ilə əlaqədar 86 cinayət işinin istintaqı davam etdirilir.
XS
SM
MD
LG