Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:17
Sentyabrın 11-də Sabirabad rayonun Moranlı kəndində 150 evin işığı kəsilib. Bu barədə AzadlıqRadiosuna kənd sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, rayon elektrik şəbəkəsinin əməkdaşları evlərə elektrik enerjisi verən naqilləri transformatordan ayırıblar.

Sakinlərin deyirlər ki, şəbəkə əməkdaşları bu yolla adamlardan “işıq pulu” yığmağa nail olmaq istəyirlər.

Kənd sakini Ənvər Əliyev:

«Sakinlərin çoxusu işıq ulunu verib, amma elələri də var ki, işləmir, təqaüdçüdü və s. pulu verə bilmir, ya da gecikdirir. İndi pul verib-verməyənə fərq qoyulmadan gəlib bütün kəndin işığını kəsiblər».

Rayon elektrik şəbəkəsinin mühəndisi Lütvəli Feyziyev isə deyir ki, adı çəkilən kənddə 50-dən artıq ev 6-7 aydır işıq pulunu ödəmir. Onun deməsinə görə, hətta elə adamlar var ki, 600-700 manat elektrik enejisinə görə borcu var:

«Heç olmasa borclarının 30-40 faizini ödəsinlər. Ödəniş olan kimi də evlərə elektrik enerjisi verək. Bizm əlimizdən nə gəlir ki, hər şey kompüterdə yazılıb. Poçta pullarını ödəsinlər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG