Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:37

İranda azərbaycanlı fəal Mustafa Əvəzpurun səhhəti pisləşir


Sentyabrın 1-dən ETTELAAT-ın Təbriz şöbəsində aclıq aksiyası keçirən azərbaycanlı fəal Mustafa Əvəzpurun səhhətində problem yaranıb.

Onu Təbriz zindanına köçürdüblər.

Bu barədə AzadlıqRadiosuna Mustafa Əvəzpurun həyat yoldaşı Turan Xeyri məlumat verib:

«Mustafanın mədəsi qanayıb, huşunu itirib. Görüblər vəziyyəti yaxşı deyil, zindana veriblər. Amma yenə də aclığı davam etdirir. Artıq 10-cu gündür».

Avqustun 24-də ETTELAAT əməkdaşları Mustafa Əvəzpurun evində verilən iftara müdaxilə edərək 30-dək adamı tutub aparıblar. Həbs edilənlər arasında Mustafa Əvəzpurla yanaşı, Cəmşid Zarei, Əziz Purvəli, Hüseyn Nəsiri, Əkbər Mühacir, Murtuza Əvəzpur, Murtuza Muradpur, Yasər Salmani Rzayi və s. azərbaycanlı fəallar da olub.
XS
SM
MD
LG