Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:54

Pənah Hüseyinlə Qüdrət Həsənquliyev bir-birlərini məhkəməyə veriblər


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev millət vəkili Pənah Hüseyni məhkəməyə verib.

Bu barədə APA agentliyi xəbər verir.

Qüdrət Həsənquliyev Pənah Hüseyini «Yeni Müsavat» qəzetində onu təhqir etməkdə və böhtan atmaqda ittiham edir.

Qüdrət Həsənquliyev bundan əvvəl deyib ki, Pənah Hüseynin də daxil olduğu İctimai Palatanın üzvləri həbsdə olduğu bir vaxtda Pənah Hüseyn ölkədən kənarda istirahət edir.

Pənah Hüseyn isə ona «Yeni Müsavat» qəzetində cavab verib və eyni iddia ilə o da məhkəməyə müraciət edib.
XS
SM
MD
LG