Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:19

Tehranda futboldan sonra başlayan toqquşmalar başqa yerlərə də yayılıb


Tehranın “Esteglal” və Təbrizin “Traxtur Sazi” komandalarının görüşündən sonra kütləvi iştişaşlar düşüb.

APA-nın məlumatına görə, Təbriz komandasının 3-2 hesabı ilə qalib gəldiyi oyundan sonra azarkeşlər arasında düşən dava küçələrə yayılıb.

Oyunu izləməyə gələn xeyli azərbaycanlı azarkeş stadiona buraxılmayıb və ilk qarşıdurma da burdan yaranıb.

Stadionun girişində polisin azərbaycanlı azarkeşlərin üzərində axtarış aparması, biletləri əlindən alaraq cırıb atması “Traxtur Sazi” tərəfdarlarının etirazına səbəb olub.

Polis rəqib komandadan oyuna məhdud sayda azarkeş buraxılacağını xəbərdarlıq etdikdən azərbaycanlılar maneələri yararaq stadiona girmək istəyiblər.

Stadionun qarşısına yığışan 10 mindən çox azarkeş “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun”, “Azərbaycan var olsun, istəməyən kor olsun” kimi şüarlar da səsləndiriblər.

Bundan sonra polis azarkeşlərə qarşı güc tətbiq edib.

Xeyli adamın yaralandığı və həbs olunduğu bildirilir.

Agentlik İrandakı mənbələrə istinadla həmçinin Tehran qəbristanında, İran milli azadlıq hərəkatının lideri Səttarxanın qəbri yaxınlığında, habelə Təbrizin özündə toqquşmalar olduğunu, siyasi şuarlar səsləndirildiyini xəbər verir.
XS
SM
MD
LG