Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:38

Beyləqanda hərbi maşın aşıb, 7 hərbçi yaralanıb


Beyləqan rayonunda hərbçiləri daşıyan maşın aşıb.

Bu barədə «APA»ya Beyləqan rayon Polis Şöbəsindən bildirilib.

Hadisə sentyabrın 10-u saat 13.00 radələrində Horadiz-Bakı yolunda qeydə alınıb. Əsgərləri daşıyan «UAZ» markalı maşın yoldan çıxaraq aşıb. Nəticədə 7 nəfər hərbçi xəsarət alıb. Yaralıların xəsarətinin ağır olmadığı bildirilir.

Qəzaya uğrayan avtomobildə Sərhəd Qoşunlarının şəxsi heyəti olub. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG